Konqo Demokratik Respublikası millisinin hücumçusu, DÇ-2026-nın iştirakçısı Simon Banza "Əl-Cəzirə"dən PAOK-a keçib. Sport24.az xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı hücumçu yeni komandasına icarə əsasında çıxış edəcək.
İcarə müqaviləsi bir il müddətinə nəzərdə tutulub və oyunçunun birdəfəlik transfer hüququnun əldə edilməsi (satınalma) seçimini də ehtiva edir.
Banza PAOK-da 24 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Moskva ÇSKA-sı hücumçunun keçidi ilə bağlı "Əl-Cəzirə" ilə razılığa gəlmişdi. Hətta Rusiya klubu futbolçunun Moskvaya gəlişi və tibbi müayinədən keçməsi üçün özəl təyyarə də təşkil etmişdi. Ancaq Banza son anda və fikrini dəyişərək Rusiyaya gəlməkdən imtina edib.