AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, toplantıda I Liqanın II turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
"Şahdağ Qusar"– "Karvan-Yevlax" oyununda "Şahdağ Qusar" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Şahdağ Qusar" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
"Şahdağ Qusar"– "Karvan-Yevlax" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Şahdağ Qusar" komandası 750 manat cərimə edilsin (maddə 86.3);
"Şahdağ Qusar"– "Karvan-Yevlax" oyununda "Karvan-Yevlax" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Karvan-Yevlax" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
"Zaqatala"– "Baku Sportinq" oyununda "Zaqatala" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Zaqatala" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
"Zaqatala"– "Baku Sportinq" oyunundan əvvəl "Zaqatala" komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə "Zaqatala" komandası 450 manat cərimə edilsin (maddə 84.1);
"Zaqatala"– "Baku Sportinq" oyunu "Zaqatala" komandasının futbolçularının formasında problem olması səbəbindən gec başladığı üçün "Zaqatala" komandası 450 manat cərimə edilsin (maddə 83.5);
"Səbail"– "Mingəçevir" oyununda "Mingəçevir" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Mingəçevir" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
"Gəncəbasar"– "Xankəndi" oyununda "Gəncəbasar" komandasının 7 futbolçusu sarı vərəqə aldığı üçün "Gəncəbasar" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
"Gəncəbasar"– "Xankəndi" oyunundan əvvəl "Gəncəbasar" komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə "Gəncəbasar" komandası 450 manat cərimə edilsin (maddə 84.1);
"Gəncəbasar"– "Xankəndi" oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Gəncəbasar" komandası 750 manat cərimə edilsin (maddə 86.3);
"Gəncəbasar"– "Xankəndi" oyununda "A buraxılışı" olmayan şəxslər texniki zonada olduğuna görə "Gəncəbasar" komandası 300 manat cərimə edilsin (maddə 86.12);
"Gəncəbasar"– "Xankəndi" oyununda "Xankəndi" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Xankəndi" komandası 210 manat cərimə edilsin (maddə 43.1);
MOİK – "Şimal" oyununda "Şimal" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Şimal" komandası 210 manat cərimə edilsin (maddə 43.1);