AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, "Kəpəz" klubu Misli Premyer Liqasının V turunda azarkeşlərinin davranışına görə cərimələnib.

 

Gəncə şəhər stadionunda baş tutan matçda yerli fanatlar priotexniki vasitələrdən istifadə edib. Bu hal mövsümdə ikinci dəfə yaşandığı üçün "sarı-göylər" 5 min manat məbləğində cərimələnib.

 

"Kəpəz" "Qəbələ"ni minimal hesabla məğlub edib – 1:0.