"Rəqibimiz "Qarabağ" çempionata çox inamlı başlayıb. Biə qədər hər görüşdə qələbə qazanmışdılar". Bu sözləri Sport24.az saytına açıqlamasında "Zirə"nin kapitanı Qismət Alıyev deyib.

29 yaşlı futbolçu komandasının Misli Premyer Liqasının 5-ci turunda "Qarabağ"la heç-heçə etdiyi oyun haqda fikirlərini bölüşüb:

"Bilirdik ki, bu, hər iki komanda üçün çox önəmli qarşılaşmadır. Oyuna da çox yaxşı başladıq. İlk dəqiqələrdən əla fürsütlərimiz oldu. Fikrimcə, bir qədər daha dəqiq oynasaydıq, qələbə də qazana bilərdik. Ən azı hesabımıza bir xal əlavə etdik və bunu da müsbət nəticə hesab etmək olar. Hər iki hissədə bizim də yaxşı imkanlarımız oldu, "Qarabağ"ın da təhlükəli epizodları var idi. Sonda hər iki komandanın bir xal qazanması ədalətli nəticədir. Vacib olan odur ki, belə güclü rəqibə qarşı mübarizə apardıq və xal qazana bildik".

Alıyev "Zirə"nin mövsüm üçün hədəflərindən danışıb:

"Son mövsümlərdə yüksək pillələr uğrunda mübarizə aparmışıq, həmçinin Avropa Liqasında iştirak etmişik. Bu il də qarşımızda eyni hədəfləri qoymuşuq. Məqsədimiz yenə də yüksək pillələr uğrunda mübarizə aparmaq və mövsümü yaxşı nəticə ilə başa vurmaqdır".

Qeyd edək ki, "Zirə" Misli Premyer Liqasının 5 turundan sonra 10 xalla 4-cü pillədə qərarlaşıb.