"Barselona"nın futbolçusu Rodri açıqlama verib. Sport24.az xəbər verir ki, ispan yarımmüdafiəçi Kataloniya təmsilçisinə keçidindən danışıb:
"Barselona" variantı yarananda çox düşünmədim. Bu klubda qələbələr, çoxlu titullar qazanacağımı, xoşbəxt olacağımı düşündüm. Buna görə seçimim bura oldu. Başqa variantlar da var idi, lakin ürəyim "Barselona"nı seçməyimi istədi".
Qeyd edək ki, Rodri bu yay "Mançester Siti"dən "Barselona"ya keçib.