"Liverpul", "Bavariya" və "Real" PSV-nin yarımmüdafiəçisi Paul Vanneri heyətinə qatmaqda maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 20 yaşlı avstriyalı futbolçunun keçidi qış "transfer pəncərəsi" dövründə baş tuta bilər. Karyerasına "Bavariya"da başlayan Vanner, "Elversberq" və "Haydenhaym"da icarə əsasında çıxış etdiyi dövrlər də daxil olmaqla, Almaniya nəhənginin heyətində bütün yarışlarda cəmi səkkiz oyunda meydana çıxıb. Münhen klubu futbolçunun geri qaytarmaq hüququnu özündə saxlayır. PSV isə onun satışından 50–55 milyon avro gəlir əldə etməyi hədəfləyir.
Yarımmüdafiəçi 2025-ci ilin yayında daimi əsaslarla PSV-yə keçib və o vaxtdan komandanın əsas oyunçusuna çevrilərək, Niderland çempionluğunu qazanıb. Vanner 2025/26 mövsümündə 32 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, yarımmüdafiəçinin Niderland klubu ilə müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.