"Xankəndi" klubu futbolçularına vəd etdiyi mükafatları verməkdən imtina edib. Sport24.az-a bu barədə etibarlı mənbədən məlumat daxil olub.

 

Qarabağ təmsilçisi ötən mövsüm II Liqanın qalibi olacağı təqdirdə futbolçularına müəyyən məbləğdə mükafat verəcəyini vəd edib. "Xankəndi" çempionluq tituluna yiyələnərək mövsümü qızıl medallarla başa vursa da, oyunçulara vəd olunan mükafat hələ də ödənilməyib.

İddialara görə, klub rəhbərliyi futbolçulara mükafatın verilməyəcəyini bildirib. Buna səbəb kimi isə sözügedən məlumatın mətbuata sızdırılması göstərilib. Rəhbərlik klubun düşərgəsində yaşananların ictimailəşdirilməsi səbəbindən ödənişdən imtina edilib.

Qeyd edək ki, "Xankəndi" 2025/26 mövsümündə II Liqanın qalibi olub və yeni mövsümdə mübarizəni I Liqada davam etdirir.