Portuqaliyalı hücumçu Kriştiano Ronaldo hazırda çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun həmmülkiyyətçisi ola bilər. Sport24.az xəbər verir ki, bu barədə DAZN məlumat yayıb.

 

Ronaldo və digər dörd investor satınalma təklifi hazırlayırlar. Hər bir tərəf ən azı 92 milyon avro məbləğində vəsait qoyacaq.

 

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrından "Əl-Nəsr"də çıxış edir. O, beşqat Çempionlar Liqası qalibi, Avropa çempionu və ikiqat UEFA Millətlər Liqası qalibidir. Futbolçu beynəlxalq oyunlarda, Avropa çempionatında, Çempionlar Liqasında və FİFA Klublararası Dünya Çempionatında vurulan qollar üzrə bütün dövrlərin rekorduna sahibdir.