Baş məşqçi Jorje Jezus Kriştiano Ronaldonun Portuqaliya milli komandasındakı karyerasını başa vurmasına münasibət bildirib. Sport24.az xəbər mütəxəssis 41 yaşlı hücumçudan yığmada qalması üçün xahiş etdiyini deyib:

 

Kriştiano qlobal bir simvoldur, Portuqaliya və milli komanda üçün bir nümunədir. Bütün gənc oyunçuların hər gün ona baxa bilməsi üçün zalımızda onun böyük bir şəklini asdırdım. Kriştianodan millidə qalmasını xahiş etdim, çünki yanımda olmasına ehtiyacım var idi. Lakin onun qərarını qəbul etməliyəm. O, portuqal xalqının qəlbində həmişə yer tutacaq. Ronaldo hər zaman Portuqaliya futbolunun simvolu olaraq qalacaq".