Azərbaycanın "LANDAU Lions" basketbol klubu avrokubok mövsümünə start verib. Sport24.az xəbər verir ki, təmsilçimiz FIBA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Latviya çempionu "VEF Riqa" ilə qüvvəsini sınayıb.

 

Bolqarıstanın Samokov şəhərində təşkil olunan qarşılaşma "LANDAU Lions"un 88:105 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Bu nəticədən sonra Bakı klubu Çempionlar Liqasında mübarizəni dayandırmalı olub. Komandamız beynəlxalq arenasındakı çıxışını FIBA Avropa Kubokunun G qrupunda davam etdirəcək.

 

Ölkəmizin digər təmsilçisi "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində qüvvəsini sınayacaq.