"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro milli komandasından dəvət alıb. Sport24.az xəbər verir ki, 31 yaşlı futbolçu UEFA Millətlər Liqasının 2026/27 mövsümünün qarşıdakı oyunları üçün yığmanın heyətinə cəlb olunub.

 

Baş məşqçi Mirko Vuçiniç "Qarabağ"ın üzvünü açıqladığı 26 nəfərlik heyətə daxil edib.

 

Monteneqro millisi bu müddət ərzində dörd qarşılaşmaya çıxacaq. Komanda sentyabrın 25-də Kipri qəbul edəcək, sentyabrın 28-də səfərdə Ermənistanla uz-üzə gələcək, oktyabrın 2-də Latviyanın qonağı olacaq və oktyabrın 5-də doğma meydanda Ermənistan millisini qəbul edəcək.

 

Balkan təmsilçisi Millətlər Liqasının matçlarına hazırlıq prosesinə sentyabrın 20-də start verəcək.