"LANDAU Lions" bu gün FIBA Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, təmsilçimiz ilk oyununu Latviyanın "VEF Riqa" kollektivinə qarşı keçirəcək.
Bolqarıstanın Samokov şəhərində keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 15:15-də səslənəcək.
Cütün qalibi növbəti raundda "Opava" (Çexiya) - "Dziki" (Polşa) duelinin güclüsü ilə ü-üzə gələcək.
Məğlub acısı yaşayan isə Avropa Kubokunun G qrupunda mübarizə aparacaq.
Qeyd edək ki, "Sabah" FIBA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq.