Azərbaycanın 3×3 basketbol üzrə qadınlardan ibarət milli komandası Belçikanın Antverpen şəhərində təşkil olunan Avropa çempionatında mübarizəyə start verib. Sport24.az xəbər verir ki, yığmamız qrup mərhələsindəki ilk görüşündə Niderland seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 21:12 hesablı üstünlüyü ilə yekunlaşıb.
Milli komandamız qrupdakı ikinci matçını bu gün keçirəcək. Basketbolçularımız Bakı vaxtı ilə saat 20:55-də Ukrayna seçməsi ilə qüvvəsini sınayacaq.