Meksikalı mütəxəssis İvan Luna "Gəncə" basketbol klubunda çalışacaq. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Mütəxəssislə yeni mövsümün sonunadək müqavilə imzalanıb. Luna basketbolçuların fiziki və kondisiya hazırlığına nəzarət edəcək.

 

Qeyd edək ki, o, vətəni ilə yanaşı, Litvada da iş təcrübəsinə malikdir.