"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister "Real"ın maraq dairəsinə düşüb. Sport24.az "Sky Sport"a istinadən xəbər verir ki, 27 yaşlı argentinalı futbolçu İspaniya klubunun transfer siyahısında ön sıralarda yer alır. Bildirilir ki, bu keçidin əsas təşəbbüskarlarından biri Joze Mourinyodur.
Mak Allisterin "Liverpul"la müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir və hazırda anlaşmanın vaxtından əvvəl uzadılması ilə bağlı konkret plan yoxdur. Bu səbəbdən "Real" vəziyyəti diqqətlə izləyir.
Mak Allister 2023-cü ilin iyulunda 42 milyon avro qarşılıında "Brayton"dan "Liverpul"a keçib. "Transfermarkt" portalı hazırda onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
O, cari mövsümdə İngilis klubunun heyətində meydana çıxdığı 12 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.