"Neftçi"nin futbolçusu İqor Ribeyro iki oyunluq cəzalanıb. Sport24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna müdafiəçinin Misli Premyer Liqasının IX turunda "Turan Tovuz"la oyunda birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub. "Neftçi" buna görə 1000 manat cərimələnib.
Bundan əlavə, "Araz-Naxçıvan" 700 manat cərimələnib. Naxçıvan təmsilçisi "Qəbələ" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün ziyana düşüb. "Qəbələ"dən isə 5 nəfər sarı vərəqə aldığı üçün eyni məbləğ ödəniləcək.
"Şamaxı"nın 5 oyunçusu "İmişli" ilə qarşılaşmada sarı vərəqə aldığından klub 700 manat ziyana düşüb.
Şəfa" klubuna da 1500 manat cərimə tətbiq edilib. "Kəpəz"lə oyunda matçın ilkin protokolunun elektron sistemdə gec təsdiq edilməsi buna səbəb olub.