Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. Sport24.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunda (81-96-cı yerlər uğrunda) Cəbəllütariq seçməsi ilə üz-üzə gəlib.

 

Hövsan Yarış Kompleksində baş tutan görüş təmsilçilərimizin qələbəsi ilə başa çatıb - 5:1.

 

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Komanda C divizionundakı ilk matçında Çiliyə 1:3 hesabı ilə məğlub olub. Yığma AF qrupunda Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.