Fransanın "Monako" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Ansu Fati sıradan çıxıb.

 

İspaniyalı vinger Liqa 1-in VIII turunun "Lill"lə matçında (1:1) zədələnib.

 

Tibbi müayinə nəticəsində onun sol budunun arxa hissəsində (əzələ qrupunda) zədə aşkar edilib. 23 yaşlı futbolçunun sağalması üçün təxminən 6 həftə vaxt tələb olunacağı gözlənilir.

 

Qeyd edək ki, "Monako" Ansu Fatini 2025-ci ilin yayında "Barselona"dan transfer edib. İspaniya millisinin sabiq üzvü cari mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 qol vurub.