Bu gün "Qarabağ"ın gənclər komandası UEFA (U-19) Gənclər Liqası liqasında Çempionlar Yolunun ikinci turunun ilk oyununa çıxıb. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi Xorvatiyanın "Dinamo"(Zaqreb) klubunu qəbul edib. "Azərsun Arena"da baş tutan oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

15:30 "Qarabağ" (U-19) – "Dinamo" (U-19) 1:2

Qollar: Viktor Ani Çidioke, 45 (pen) - Yona Benkotiç, 67, Roko Ban, 90

Hakim: Karl Kopper (Estoniya)

Bakı, "Azərsun Arena"

 

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 4-də Zaqrebdə keçiriləcək.