Azərbaycan Kubokunun II təsnifat mərhələsində daha 3 matç yekunlaşıb. Sport24.az xəbər verir ki, baş tutub. "İmişli" "Qaradağ Lökbatan"a (4:1), "Şamaxı" isə "Hypers"ə (5:1) qalib gəlib.
I
Liqanın iddialı iki komandasının oyununda isə gözlənilməz nəticə qeydə alınıb. "Şahdağ Qusar" MOİK-i 9:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "Şimal"ı (6:0), "Marafon" "Zaqatala"nı (1:0), "Sumqayıt" "Kür-Araz"ı (11:0), "Qəbələ" "Mingəçevir"i (3:0), "Zirə" "Səbail"i (2:2, p. - 3:2) məğlub edib.