"Qarabağ"ın futbolçusu Jeremi Qnali Premyer Liqanın başqa komandasına keçə bilər. Sport24.az-a bu barədə etibarlı mənbədən məlumat daxil olub. f
Mənbənin sözlərinə görə, "Qəbələ" cinah müdafiəçisinin xidmətində maraqlıdır.
Tərəflər arasında razılıq əldə olunsa, fransalı oyunçu icarə əsasında bu komandada çıxış edəcək.
Qeyd edək ki, 2026-cı ilin fevralında "Qarabağ"a keçən Jeremi Qnali heyətə düşməkdə çətinlik çəkir. Fevralda onunla 2,5 illik müqavilə imzalanıb.