Fabio Çelestini "Bernli"nin yeni baş məşqçisi təyin olunmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, tərəflər yaxın günlərdə müqaviləni rəsmiləşdirəcəklər.

 

Bir müddət əvvəl İspaniya təmsilçisi "Xetafe"nin də Çelestinin xidmətində maraqlı olduğu ilə bağlı xəbərlər yayılmışdı. Lakin mütəxəssis İngiltərə klubunun layihəsini daha cəlbedici hesab edib.

 

Qeyd edək ki, isveçrəli mütəxəssisin son iş yeri 2026-cı ilin mayında ayrıldığı Moskva ÇSKA-sı olub. Ordu klubu onun rəhbərliyi altında Çelestini Rusiya Superkubokunu qazanıb.