U-15 millimiz Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, komandamız C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili ilə qarşılaşıb.

 

Görüş Cənubi Amerika təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki,  U-15 növbəti mərhələdə Belarusa 0:6 hesabı ilə məğlub olan Cəbəllütariqlə üz-üzə gələcək. Qarşılaşmanın start fiti saat 18:15-də səslənəcək.