"Mançester Yunayted" rəhbərliyi İngiltərə Premyer Liqasının 9-cu turunda "Çelsi"yə qarşı keçiriləcək oyundan əvvəl baş məşqçi Maykl Kerriki vəzifəsindən uzaqlaşdırmağı planlaşdırsa da, onu əvəzləyəcək namizədlə razılıq əldə olunmayıb. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, "qırmızı şeytanlar"ın rəhbərliyi nəzərdən keçirdiyi məşqçilərin heç birinə tam əmin olmayıb. "Brayton"un baş məşqçisi Fabian Hürseler isə Kerrikin potensial əvəzləyicisi kimi nəzərdən keçirilmir. Buna səbəb "Brayton"un alman mütəxəssis üçün tələb edəcəyi yüksək təzminat məbləğidir.

 

Qeyd edək ki, "Aston Villa"nın baş məşqçisi Unai Emerinin "United"in maraq dairəsində olub. Lakin o, 2029-cu ilə qədər Birmingem təmsilçisi ilə müqavilə bağlayıb və ona görə də yüksək təzminat tələb olunur.