"Çelsi" "Brayton"un yarımmüdafiəçisi Yasin Ayarini "rənglərinə bağlamağı" plnlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" portalı məlumat yayıb.

 

London klubu ilə yanaşı, "Qalatasaray", "Fənərbaxça" və "Milan" da Ayariyə maraq göstərir. Bununla belə, "Çelsi"nin əsas hədəfi hələ də "Bornmut"un yarımmüdafiəçisi Aleks Skott olaraq qalır.

 

23 yaşlı isveçlinin "Brayton"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Tərəflər arasında, yeni uzunmüddətli müqavilə ilə bağlı danışıqlar bir neçə aydır davam etsə də, razılıq əldə olunmayıb.

 

Qeyd edək ki, Ayari 2023-cü ildə İsveçin AİK klubundan "Brayton"a keçib. O, 2026/27 mövsümündə bütün turnirlərdə 12 oyuna çıxıb və 2 qol vurub. "Transfermarkt" saytı yarımmüdafiəçini 45 milyon avro dəyərində qiymətləndirir.