"Çelsi" hücumameyilli yarımmüdafiəçi Kendri Paesi satmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə "Bolavip" nəşri məlumat yayıb.

 

Lakin London klubu Avropada alıcı tapa bilməsə, 19 yaşlı ekvadorlu futbolçu 2027-ci ildə Cənubi Amerikaya qayıda bilər. Klub ümid edir ki, o, orada özünü sübut edərək bazar dəyərini artıra biləcək.

 

London təmsilçisi həmçinin onu Çempionşip klublarından birinə icarəyə vermək variantını da nəzərdən keçirir. Oyunçu ilə bağlı gələcək planlar onun qarşıdakı aylarda göstərəcəyi performansdan asılı olacaq.

 

2026-cı ildə Paes icarə əsasında "River Pleyt"də çıxış edib. Lakin avqustda "Çelsi" aonu vaxtından əvvəl geri çağırıb. Ekvadorlu futbolçu Argentina klubunun heyətində 14 oyuna çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Hazırda o, "zadəganlar"ın U-21 komandasında çıxış edir.

 

"Çelsi" Paeslə müqavilə imzaladığını 2023-cü ilin yayında – futbolçunun 16 yaşı olanda elan etmişdi. Bildirilirdi ki, London klubu onun üçün "İndependiente del Valle"yə təxminən 20 milyon avro ödəyib.

 

Qeyd edək ki, ekvadorlu futbolçu "Çelsi"yə qoşulduğu vaxtdan klubun əsas heyətində debüt etməyib. Bunun əvəzinə, o, "Strasburq" və "River Pleyt"də icarə əsasında çıxış edib.