Polşada futbol üzrə ölkə kubokunun 1/16 final mərhələsinin bir sıra oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Rakuv" səfərdə "Motor"la qarşılaşıb.

 

Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

 

Start heyətində meydana çıxan Emreli 82-ci dəqiqədə əvəzlənib. Həmin vaxt onun komandası hesabda geridə olub.

 

Bu qələbə sayəsində "Rakuv" Polşa Kubokunun 1/8 final mərhələsinə vəsiqə qazanıb.