"Monako"nun seneqallı oyunçusu Lamin Kamara və "Bornmut"un ingilis futbolçusu Aleks Skott "Liverpul"un mərkəzi yarımmüdafiə mövqeyi üçün nəzərdən keçirdiyi namizədlər siyahısındadır. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq "X" sosial şəbəkəsində paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Feliks Nmeça İngiltərə klubu tərəfindən yüksək qiymətləndirilir. Lakin almaniyalı futbolçu "Liverpul"un prioritet hədəflər siyahısında Skott və Kamaradan daha aşağı pillədə yer alır.

 

Qeyd edək ki, Kamaranın avqustun sonlarında "Çelsi"yə keçməyə yaxın olduğu bildirilmişdi. Lakin London klubu yay "transfer pəncərəsi" bağlanana qədər bu keçidi rəsmiləşdirə bilmədi.