"Mançester Yunayted" "Everton"un mərkəz müdafiəçisi Cerrad Brantveytə maraq göstərməyə davam edir. "Qırmızı şeytanlar" bir neçə il əvvəl də bu futbolçu üçün təklif irəli sürmüşdülər, lakin "Everton" həmin təklifi rədd etmişdi. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Liverpul"da ingilis futbolçunun transferində maraqlıdır. "Qırmızılar" 24 yaşlı müdafiəçinin çıxışını bəyənir və onu heyətinə qatmağa çalışır. "Everton" hazırda futbolçunun dəyərini 80 milyon funt-sterlinq (96 milyon avro) qiymətləndirir.
Qeyd edək ki, Brantveyt cari mövsümdə bütün turnirlərdə yeddi oyuna çıxıb. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.