Misli Premyer Liqasında IX turun rəmzi komandası müəyyənləşib. Sport24.az xəbər verir ki, "Sofascore" tərəfindən tərtib olunan turun rəmzi "11-liy"ində "Şamaxı" və "İmişli"dən 3, "Sabah"dan 2, "Neftçi", "Zirə" və "Qəbələ"dən isə 1 futbolçu yer alıb.

Maraqlıdır ki, "Qarabağ"ın heç bir futbolçusu turun rəmzi komandasına daxil edilməyib. Ağdam təmsilçisi IX turda "Sabah"la qolsuz heç-heçə edib.

Qapıçı: Rikardo Fernandes ("Şamaxı")

Müdafiəçilər: Abdul Raşid Mumini, Rui Paşeko (hər ikisi "Şamaxı"), Stiv Solvet ("Sabah"), Kouya Mabea ("Qəbələ")

Yarımmüdafiəçilər: Velki Simiç ("Sabah"), Fərid Nəbiyev, İdris İnqilablı (hər ikisi "İmişli"), Breno Almeyda ("Neftçi")

Hücumçular: Dioqo Almeyda ("İmişli"), Davit Volkov ("Zirə").

Xatırladaq ki, Misli Premyer Liqasında X tura oktyabrın 30-da start veriləcək.