"I Liqada çıxış edən iki klubun ev oyunlarını Xankəndi stadionunda keçirmək məsələsi gündədmdədir". Bu barədə Sport24.az-a Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.
PFL rəsmisi bölgənin eyniadlı təmsilçisi ilə MOİK-in də ev oyunlarını bu şəhərdə keçirə biləcəyini söyləyib:
"Həm "Xankəndi", həm də MOİK-in ev oyunlarını Xankəndi şəhər stadionunda keçirməsi ilə bağlı müqaviləsi mövcuddur. Peşəkar Futbol Liqası arenanın balansında olduğu Gənclər və İdman Nazirliyi ilə daim əlaqədədir. Məsələ ilə bağlı əlavə bilgi olduğu halda, ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, MOİK ev oyunlarını Binə qəsəbə stadionunda, "Xankəndi" isə Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçirir.