"Mançester Yunayted" Lisandro Martinezlə yollarını ayırmaq istəyir. Sport24.az xəbər verir ki, "qırmızı şeytanlar" 28 yaşlı futbolçunu istəyən klublarla danışıqları bərpa edib.

 

Argentinalı futbolçunun bir müddət əvvəl verdiyi müsahibə rəhbərliyi narazı salıb və buna görə də klub onunla yollarını ayırmağa müsbət yanaşır.

 

Qeyd edək ki, Martinezin "Mançester Yunayted"lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, "Defensa", "Ayaks" klublarında da oynayıb.