"Sabah" bu gün FIBA Çempionlar Liqasında növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, son ölkə çempionu müntəzəm mövsümün III turunda Fransanın "Nanter 92" kollektivini qəbul edəcək.

 

Milli Gimnastika Arenasında baş tutacaq görüşün start fiti saat 20:00-da sələnəcək.

 

Qeyd edək ki, "bayquşlar" I turda səfərdə "Ritas"a (Litva) 73:82, II turda "Trabzonspor"a 83:100 hesabı ilə uduzub.