Maltada təşkil olunan UEFA İnkişaf Turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu oyununu keçirib. Sport24.az xəbər verir ki, Litva yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində Zəfər İbrahim qol vurub.

 

Penaltilər seriyasında isə 2:1 hesabı ilə qalib gələn Azərbaycan millisi turniri qələbə ilə başa vurub.

 

Qeyd edək ki, Azərbaycan yığması bundan əvvəl Latviyaya 0:3, Maltaya 0:1 hesabıyla uduzub.