"Milan" hücumçusu Kristian Pulişiçlə müqaviləni uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabriso Romano sosial şəbəkə hesabında paylaşım edib.
Tərəflər 2031-ci ilə qədər qüvvədə olacaq razılaşmanın detallarını yekunlaşdırırlar. Müqavilənin yaxın günlərdə imzalanması gözlənilir.
Pulişiç 2023-cü ilin yayında "Çelsi"dən "Milan"a transfer olunub. O, İtaliya klubunun heyətində bütün turnirlərdə 142 oyuna çıxıb, 45 qol vurub və 25 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı 28 yaşlı amerikalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.
Qeyd edək ki, hücumçu cari mövsümdə 7 matçda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.