"Qalatasaray"ın keçmiş hücumçusu Mauro İkardi karyerasını "Betis" də davam tdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.

 

İspaniya klubu, qol vurmaq bacarığını yüksək qiymətləndirdiyi 33 yaşlı futbolçunu qarşıdan gələn "transfer pəncərəsi"ndə heyətinə qatmağı hədəfləyir. Lakin argentinalı oyunçunun yüksək maaş tələbləri mümkün sövdələşmənin qarşısında ciddi maneəyə çevrilə bilər.

 

İspaniyanın digər təmsilçisi "Elçe"nin də hücumçunu transfer etməkdə maraqlı olduğu bildirilir. Bundan əlavə, PAOK, "Tottenhem", "Benfika" və "Everton" da onu heyətlərinə qatmaq imkanlarını nəzərdən keçiriblər.

 

Qeyd edək ki, ötən mövsümün sonunda "Qalatasaray"dan ayrılan İkardi hazırda azad agent statusundadır. Türkiyə nəhəngi onunla müqaviləni uzatmağa cəhd göstərsə də, mişdi, argentinalı futbolçunun təklif olunan 4,5 milyon avroluq yeni maaşdan narazı qaldığı bildirilir. Bu məbləğ onun əvvəlki müqavilə üzrə qazandığı 10 milyon avrodan xeyli aşağı olub. İkardinin adı yayda "Latsio" ilə yanaşı də hallansa da, İtaliya klubu futbolçu ilə danışıq aparmadığını açıqlayıb.