"Bornmut"un sahibi Bill Foli yarımmüdafiəçi Aleks Skott üçün ikinci müqavilə təklifini təsdiqləyib. Sport24.az "The Sun"a istinadən xəbər verir ki, bu təklif klub tarixində yeni rekord müəyyən edə bilər.

 

Məlumatda qeyd olunur ki, Foli klub rəhbərliyini 23 yaşlı futbolçuya yeni təklif irəli sürməyə təşviq edib. Skott oktyabrın ortalarında ilkin təklifi rədd etmişdi. 

 

İngilis futbolçunun "Bornmut"dakı gələcəyi müzakirə mövzusu olaraq qalır. Skottun özü isə karyerasında növbəti addımı atmaq vaxtının çatdığına inanır.

 

Skottun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Lakin "Bornmut" anlayır ki, Premyer Liqanın aparıcı klublarının ona olan marağı artdıqca, futbolçunu komandada saxlamaq getdikcə çətinləşə bilər.

 

Qeyd edək ki, bir müddət əvvəl Fabritsio Romano bildirmişdi ki, əgər 100 milyon funt-sterlinqdən çox dəyərində ciddi təklif gələrsə, yarımmüdafiəçi bu qış klubu tərk edə bilər.

Bu mövsüm Aleks altı oyunda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Hazırda o, bud əzələsindəki zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb.