"Arsenal"ın oyunçusu Bukayo Saka "Sokrates" mükafatına layiq görülüb. Sport24.az xəbər verir ki, 25 yaşlı futbolçu bu mükafatı Londonda keçirilən "Ballon d'Or" ("Qızıl top") mərasimində qəbul edib.
Bu mükafat humanitar fəaliyyətlərə, sosial təşəbbüslərə, insan hüquqlarının müdafiəsinə, inklüzivliyin təşviqinə və ya xəstəlikdən əziyyət çəkənlərə göstərilən yardımlara görə verilir.
Qeyd edək ki, Saka Nigeriyanın Kano şəhərində uşaqların həyatını dəyişən 120 tibbi əməliyyatın maliyyələşdirilməsini təmin edən "BigShoe" təşkilatı ilə əməkdaşlığına görə bu mükafata layiq görülüb.