Kipr çempionatında 7-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi "Pafos" səfərdə "Nea Salamina"nın qonağı olub.


Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.

 

Murad Məmmədov görüşün 70-ci dəqiqəsində meydana daxil olub.

 

Bu nəticədən sonra "Pafos" 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.