"Qarabağ"ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina milli komandasına dəvət alıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

Baş məşqçi Sergey Barbarez 28 yaşlı qolkiperi 26 nəfərlik heyətə daxil edib.

 

Qeyd edək ki, Bosniya və Herseqovina yığması noyabrda UEFA Millətlər Liqası çırçivəsində iki oyun keçirəcək. Komanda noyabrın 14-də Solnada İsveçlə səfərdə üz-üzə gələcək, üç gün sonra isə Zenitsada Rumıniyanı qəbul edəcək.