"Araz-Naxçıvan" bu gün UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə ilk oyununu keçirəcək. Sport24.az xəbər verir ki, futzal üzrə son ölkə çempionu əsas mərhələnin I turunda Macarıstan təmsilçisi "Uypeşt"lə qarşılaşır.

 

Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 16-da səslənəcək.

 

Qeyd edək ki, V qrupda yer alan "Araz-Naxçıvan" oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşa "Piast"ı üz-üzə gələcək.

 

Araz-Naxçıvan – Uypest (Macarıstan)

27 oktyabr. Qlivise. Prezero Arena. Saat 16:00

Hakimlər: Viktor Chaix (Fransa),  Sergey Saçmans (Latvia), İqor Yaçevic (Latvia)

Timekeeper: Dominik Lorke (Polşa)

Hakim-inspektor: Sven Eichler (Almaniya)

UEFA nümayəndəsi: Marina Kirilyuk (Ukrayna).