Britaniyalı milyarder Cim Retkliffə məxsus INEOS şirkəti İsveçrənin "Lozanna" klubunu satışa çıxarıb. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
INEOS klubu 2017-ci ilin noyabrında, şirkətin baş ofisinin İsveçrənin Lozanna şəhərində yerləşdiyi dövrdə satın almışdı. Hazırda ciddi çətinliklərlə üzləşən komanda İsveçrə çempionatının turnir cədvəlində sonuncu pilləsində qərarlaşıb. Əgər komanda aşağı liqaya düşərsə, bu, INEOS-un sahibliyi dövründə klubun yüksək diviziondan üçüncü dəfə kənarlaşması demək olacaq.
Mənbənin sözlərinə əsasən, klub mövsüm ərzində təxminən 5 milyon funt-sterlinq məbləğində zərər edə bilər. Əgər INEOS öz sponsorluq maliyyələşdirməsini əvəz edəcək yeni mənbə tapa bilməsə, maliyyə vəziyyəti daha da mürəkkəbləşəcək.
Digər tərəfdən, INEOS-un özü də daha mürəkkəb vəziyyətlə üz-üzədir. Şirkətin fəaliyyətinə Avropada artan enerji xərcləri və ABŞ-ın idxal rüsumları mənfi təsir göstərir. Konqlomeratın ümumi borcu bu yaxınlarda 18 milyard funt-sterlinqə çatıb. "Lozanna"nı təxminən 37 milyard funt-sterlinq dəyərində qiymətləndirilən INEOS-un ümumi maliyyə vəziyyətinə ciddi təsir göstərməyəcək.
Qeyd edək ki, Retkliff həmçinin "Mançester Yunayted" klubunda da pay sahibidir. Hazırda çətin dövrünü yaşayan İngiltərə klubunda genişmiqyaslı struktur dəyişiklikləri, o cümlədən kadr dəyişiklikləri – baş məşqçi postunda dəyişiklik edilməsi ehtimalı müzakirə olunur.