"Naxçıvan" klubu basketbolçusu Yavər Abbasovla müqavilənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Oyunçu ilə anlaşmanın müddəti 1 illikdir.
"Naxçıvan" Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq.