"Kristal Pelas" "Brest"in 19 yaşlı müdafiəçisi Rafael Le Güenlə bağlı marağını davam etdirir. Sport24.az xəbər verir ki, bu barədə "Ouest-France" məlumat yayıb.

Bildirilib ki, İngiltərə klubu yay "transfer pəncərəsi"ndə fransalı futbolçu üçün 14 milyon avro təklif edib. Təklifdə əlavə olaraq 4 milyon avro bonusun da nəzərdə tutulduğu qeyd olunur. "Fulhem" isə Le Güen üçün 20 milyon avroya qədər ödəməyə hazır olub.

Lakin "Brest" hər iki təklifi rədd edib. Klub rəhbərliyi futbolçunu yayda satmaq niyyətində olmayıb.

"Brest"in prezidenti satışa qarşı mövqeyini açıq şəkildə bildirib. Klub Le Güeni bu yay komandada saxlamağı bacarsa da, futbolçuya İngiltərədən maraq davam edir.

Qeyd olunur ki, Le Güen yayda "Kristal Pelas"ın baş məşqçisi Pyer Saj ilə də danışıb. Bu səbəbdən London təmsilçisinin yanvarda ikinci dəfə rəsmi təkliflə çıxış edə biləcəyi gözlənilir. "Fulhem"lə yanaşı, digər klubların da futbolçunu yaxından izlədiyi bildirilir.