"Napoli"nin müdafiəçisi Amir Rahmani Kosovo Futbol Federasiyasının rəhbərliyi ilə fikir ayrılığı səbəbindən yığma karyerasını dayandırdığı bildirib. bağlı səbəblərə görə Kosovo milli komandasındakı karyerasını dayandırdığını açıqlayıb. Sport24.az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

"Milli komandada keçirdiyim 10 ildən - hansı ki, bunun yeddi ilində kapitan olmuşam - sonra federasiyaya hazırkı şəxslər rəhbərlik etdiyi müddətdə Kosovo yığmasının heyətində yer almayacağamı bəyan edirəm. Çoxsaylı amillər, davamlı fikir ayrılıqları və problemlərimizi, narazılıqlarımızı həll etmək iqtidarında olan səriştəli şəxslərin çatışmazlığı səbəbindən vəziyyət illərdir dəyişməz qalır.

Bəs bunun müqabilində nə gördüm? Bizi qorumalı olan şəxslər tərəfindən iki ildən çox müddətdə davamlı və əlaqələndirilmiş hücumlar. Ədalət sonda hər şeyi təsdiqləyəcək. Bu qərar kapitan və peşəkar futbolçu kimi dürüstlüyümü, lakin hər şeydən əvvəl, insani dəyərlərimi qorumaq zərurətindən irəli gəlir", - deyə Rahmani sosial media hesabında yazıb. 

 

Qeyd edək ki, 32 yaşlı Rahmani Kosovo millisinin heyətində bütün turnirlərdə 66 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. O, 2019-cu ildən yığmanın kapitanıdır.