"Real"ın hücumçusu Kilian Mbappe dünyanın ən yaxşı gənc futbolçusunun adını çəkib. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə "France Football" nəşrinə açıqlama verib: hesab edir ki, "Barselona"lı Lamin Yamal gənc oyunçular arasında xüsusilə seçilir.

 

"Çoxlu oyunçu adı çəkmək istəmirəm, çünki kimisə unuda bilərəm... Dünyanın ən yaxşı on və ya on beş oyunçusundan söhbət gedəndə, düşünürəm ki, hamı mənimlə razılaşar. Gənclərə gəldikdə isə... Lamin Yamal. Onda hər şey var.

 

Estevao xoşuma gəlir. Onda xüsusi bir yaradıcılıq qabiliyyəti var. "Real"da Arda Gülər ​​böyük uğurlar qazana bilər. Endrikin potensialı çox böyükdür, o, anadangəlmə qolçudur. Varren (Zair-Emeri) və Dezire Due – onların hər ikisini parlaq karyera gözləyir".