"Qalatasaray"ın "Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinga üçün 50 milyon avro ödəməyə hazır olduğu üzə çıxıb. Sport24.az xəbər verir ki, bu barədə transfer mütəxəssisi Matteo Moretto "La Pizarra"ya açıqlama verib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi yay transfer dönəmində fransalı futbolçunu heyətinə qatmaq üçün ciddi addım atıb. Lakin Camavinga özü bu təklifi qəbul etməyib və "Real"da qalmağa üstünlük verib.

Moretto bildirib ki, Madrid klubu da futbolçu ilə bağlı daxil olan təklifləri dinləməyə hazır olub:

"Klub onun üçün gələn təklifləri nəzərdən keçirdi, amma oyunçu qalmaq istədi. O, Mourinyonun etimadını qazanıb".

Qeyd edək ki, Eduardo Kamavinga 2021-ci ilin yayında "Renn"dən "Real"a transfer olunub. 23 yaşlı yarımmüdafiəçinin İspaniya klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.