Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Renn" – "Olimpiakos" oyunu bir gün əvvələ – 4 noyabra keçirilə bilər. Sport24.az AFP agentliyinə istinadən xəbər verir ki, buna səbəb Fransada noyabrın 5-i tarixinə planlaşdırılan tətillər və etiraz aksiyalarıdır.

 

Qarşılaşmanın əvvəlcə noyabrın5-də cümə keçirilməsi nəzərdə tutulmuşdu. "Renn" prefekturası oyun tarixinin dəyişdirilməsi ilə bağlı müzakirələrin aparıldığını təsdiqləyib. Rəsmi qurum nümayəndəsinin sözlərinə görə, bu qərar resurs çatışmazlığından deyil, təhlükəsizlik tələblərindən irəli gəlir.

 

Qeyd edək ki, matçın noyabrın 4-də baş tutacağı gözlənilsə də, yekun qərar Fransa hakimiyyət orqanlarının təsdiqindən asılıdır.