Azərbaycan Kubokunda II təsnifat mərhələsinin iki oyunu keçirilib. Sport24.az xəbər verir ki, "Araz-Naxçıvan" I Liqa təmsilçisi "Şimal"ı 6:0 hesabı ilə məğlub edib.

 

II Liqa təmsilçisi "Marafon" isə I Liqada mübarizə aparan "Zaqatala"ya 1:0 hesabı ilə qalib gəlib. 

 

Qeyd edək ki, II təsnifat mərhələsinin daha 3 oyunu bu gün baş tutacaq. Ümumilikdə bu raunda oktyabrın 29-da yekun vurulacaq.