Minifutbol üzrə 2026/2027 mövsümündə Azərbaycan çempionatının reqlamenti dəyişib. Sport24.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov açıqlamasında bildirib.

 

O, turnirdə 12 komandanın iştirak edəcəyini açıqlayıb:

 

"İlk dəfə pley-off sistemi olacaq. Burada 6 komanda mübarizə aparacaq. Liqa mərhələsində 1 və 2-ci yerləri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar. Əsas mərhələ iki dövrədən ibarət olacaq. Liqa mərhələsi bitən kimi Naxçıvan təmsilçisi yarışa qoşulacaq və 6-cı yeri tutan kollektivlə bir oyunda üz-üzə gələcək".